“Tezliklə sülh müqaviləsinin mətni Azərbaycana təqdim ediləcək”

Ermənistan sülh müqaviləsinin mətni üzərində işləyir.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

O qeyd edib ki, tezliklə sülh müqaviləsinin mətni Azərbaycana təqdim ediləcək. Armen Qriqoryan bu haqda ictimaiyyətə əlavə məlumat veriləcəyini vurğulayıb.

Ermənistan rəsminin sözlərinə görə, təkliflərdə Qarabağla bağlı maddələr də var. O əlavə edib ki, hazırda bütün məsələlər üzərində iş aparılır və razılaşdırılır.

Qeyd edəki, bu yaxınlarda Azərbaycan sülh sazişi ilə bağlı Ermənistna yeni təkliflər göndərib.

MənbəModern.az
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər