Hindistanın dövlət enerji şirkəti olan “GAIL India” ölkəyə qaz tədarükü ilə bağlı “Qazprom”la danışıqlar aparır, bu barədə “The Economic Times” yazıb. Qəzetin məlumatına görə, “Qazprom” böyük ehtimalla “GAIL”a qazı Sinqapurda qeydiyyatdan keçmiş “GAzprom Marketing and Trading Singapore” şirkətindən almağı təkli edib. Ehtimal olunur ki, Hindistan şirkəti qaz tədarükünün pulunu avro ilə ödəyəcək.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
2022-ci ildə Sinqapur şirkəti uzunmüddətli müqaviləyə uyğun olaraq “GAIL”ə 2.5 milyon ton qaz tədarük etməlidir. Bildirilir ki, Hindistan və Rusiya birgə ödəniş platformaları yaratmaq üzərində işləyirlər və həmçinin bir-birlərinin “Mir” və “RuPay” ödəniş xidmətlərini tanımağa hazırlaşırlar.
“ET”nin qeyd etdiyi kimi, Hindistanda bu cür qaz idxalının qiymətləri qlobal qiymətlərdən aşağı ola bilər, çünki Rusiya Avropaya tədarükünü kəsdikdən sonra artıq qaza malikdir.