6 C
Baku
Monday, December 16, 2024

“The Economist”: Avropa ticarət müharibəsinə hazırlaşır

Avropa İttifaqı elektriklə işləyən avtomobillərə tariflər tətbiq etdikdən sonra Çinlə ticarət müharibəsinə hazırlaşır. Bu barədə “The Economist” jurnalı yazıb.

Belə ki, Çin Brüsselin tələblərini yerinə yetirməsə, Avropa İttifaqı Çin şirkətlərinin Aİ ölkələrində dövlət satınalmalarına çıxışını məhdudlaşdıra bilər. Bundan əlavə, ABŞ-nin keçmiş prezidenti Donald Trampın hakimiyyətə potensial qayıdışının yeni ticarət münaqişələrinə gətirib çıxaracağı ehtimalı var, çünki o, idxala on faizlik tariflər tətbiq edəcəyini vəd edib ki, bu da Avropa tərəfindən cavabsız qalmayacaq.

Xatırladaq ki, Avropa İttifaqı iyulun 4-də Çindən gələn elektriklə işləyən avtomobillərə müvəqqəti idxal rüsumları tətbiq edib. Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb. Mətbuat xidməti əlavə edib ki, Aİ bu məsələ ilə bağlı Çin hakimiyyəti ilə danışıqları davam etdirəcək və daha sonra Aİ-yə üzv dövlətlərə onun həlli üçün təkliflər verəcək.

Son xəbərlər
Digər xəbərlər