Süni intellekt kiberhədələri gücləndirib: hakerlər böyük dil modellərindən dipfeyk hazırlamaq, **fərdiləşdirilmiş fişinq hücumları qurmaq və zərərli proqramları təkmilləşdirmək üçün istifadə edirlər. İlk dəfə hücumlarda virusların müdafiəni keçmək üçün bulud əsaslı LLM-lərə müraciət etməsi qeydə alınıb.
Məsələnin miqyası artır:
IBM-in məlumatına görə, süni intellekt hər 6 məlumat sızmasının birində, həmçinin **fişinq hücumlarının 40%-də tətbiq olunub. Deloitte proqnozlaşdırır ki, fırıldaqçıların generativ süni intellektdən gəlirləri 2023-cü ildəki 12 mlrd dollardan 2027-ci ildə 40 mlrd dollara çatacaq.
Eyni zamanda kibertəhlükəsizlik biznesi də böyüyür: şirkətlərin bu sahəyə xərcləri 2026-cı ilə 240 mlrd dollar olacaq. Sektor səhmləri Nasdaq-ı qabaqlayır. Palo Alto Networks, Microsoft və Google kimi iri oyunçular startapları alır və müdafiə həllərini gücləndirirlər.
Süni intellekt hakerlərə yeni imkanlar açıb — və kibertəhlükəsizlik sənayesi üçün partlayış xarakterli artım yaradıb.