18 C
Baku
Monday, April 29, 2024

“The Economist” jurnalı “İlin ölkəsi”ni açıqlayıb

Yunanıstan iqtisadi böhranı aradan qaldırdığına və Avropayönlü siyasət apardığına görə İngiltərənin “The Economist” jurnalı tərəfindən “İlin ölkəsi” seçilib.

Nəşr xatırladıb ki, on il əvvəl Yunanıstan borc böhranı ilə iflic vəziyyətinə düşüb. Ölkənin gəlirləri azalıb, sağ və sol ekstremist partiyalar siyasətdə “çiçəklənib”. Bununla belə, uzun illər davam edən ağrılı restrukturizasiyadan sonra Yunanıstan lider olmağı bacarıb.

Xatırladaq ki, Yunanıstanda borc böhranı 2010-cu ildə başlayıb və ölkə Aİ-dən maliyyə dəstəyi istəmək məcburiyyətində qalıb. 2015-ci il iyulun 1-də Yunanıstan defolt elan edib. Üç il sonra böhranın nəticələri aradan qaldırılıb – 20 avqust 2018-ci ildə Yunanıstan üçün kreditorlar tərəfindən maliyyələşdirmə proqramı başa çatıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər