“The Economist” jurnalı Türkiyə-Aİ münasibətlərindən yazıb – Kim nə itirib?

0
Türkiyə və Avropa İttifaqı bayrağı

İngiltərənin “Economist” jurnalı son sayında, Avropa Birliyinin (Aİ) Türkiyəyə istədiklərini etdirəcək gücünün olmadığını yazıb.

Jurnal Türkiyənin Avropa Birliyi ilə əlaqələrinin zəiflədiyini və bütün bnlarda Aİ-nin təqsirkar olduğunu bildirib.

Həmin yazını təqdim edirik:


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

ARD ARDA SEÇİLƏCƏK iqtidarını davam etdirən Türkiyə prezidenti Ərdoğan ölkəni şərq qonşularına yaxınlaşdırmaqla sanki Aİ üzvlüyünü çətinə saldı. Son zamanlarda yaşanan iki hadisə prosesi daha da ağırlaşdırdı. 12 iyulda Türkiyə Rusiyadan S-400 havadan müdafiə sistemləri aldı. 15 iyulda isə Türkiyə Kipr sularında qaz-neft axtarış işlərinə başladı.

Avropa Birliyinin yaxın qonşusu Türkiyəni durdura bilməməsi üzücü bir utancdır. Avropa Birliyi Türkiyə ilə miqrasiya böhranı zaman kompamisə gələ bilmişdi. ,

Ancaq digər tərəfdən, Aİ Türkiyəyə heç də mehriban davranmadı, “Kiçik Asiya” deyə kiçiltməyə çalışdı və Türkiyənin Avropa Birliyinə üzvlük ümidlərini rədd etdi. İndi isə Avropa Birliyi Türkiyəyə cəza kəsməyə çalışır. Nəticə olaraq ən pis şey oldu: Türkiyəni səflərinə çəkəcək nə cəlbedici bir səbəb var, nə də əllərində Türkiyə tətbiq edə biləcəyi bir cəza.

Anlaşılmamazlıq ortadadır. Türkiyə hökuməti dəniz dibinin altında yaxın zamanlarda kəşf edilən qazın qismən Kiprin şimalına aid olduğunu deyir . Aİ isə Kipr türklərini tanımadığı üçün iyun ayından bu yana Kipr sulara fəaliyyət göstərən üç Türkiyə gəmisini “qanunsuz” adlandırır. Bununla yanaşı Avropa Birliyinin Türkiyəyə yönəlik sanksiya qərarları zəifdir. Maliyyə yardıma son qoymaq, aviasiya sazişinin təxirə alınması və yüksək səviyyəli müzakirələrin dayanması. Türkiyə bu sanksiyaları əhəmiyyətsiz adlandırdı və regiona dördüncü bir gəmi göndərəcəyini açıqladı. Aİ-nin Türkiyə qarşısındakı mövqeyi yenə də ziddiyyətli və təsirsiz görünür.

Avropalı rəsmilər iki əsas bəhanə irəli sürürlər. Birincisi, Avropanın Türkiyə ilə miqrasiya və terrorizmlə bağlı əməkdaşlığa ehtiyacı olduğunu bildirirlər. Ərdoğan çətin bir tərəfdaş ola bilər, amma xaosdan yaxşıdır . Türkiyənin əsəbləşməsi Avropa qitəsində şok iqtisadi dalğalara və ya yeni köçkün dalğalarına səbəb ola bilər. Aİ-nin sanksiyalarına qarşılıq Ərdoğan, 22 iyulda verdiyi açıqlama ilə miqrasiya müqaviləsini təxirə salacaqlarını dilə gətirərək, AB-nin qorxularını daha da möhkəmləndirdi. 

İkinci və daha açıq olan bəhanə isə AB-nin Türkiyəni geri almaq üçün lazım olan mədəniyyət və vasitədən məhrum olmasıdır. Avropanın sahib olduğu gücü çox böyütdüyü və bu gücü istifadə edə bilməyəcək qədər zəif olduğu deyilir. 

Amerika və BMT Kiprin yenidən bütövləşmə səylərinə liderlik edir. Lakin, hazırda bu proses də dayanıb. Aİ isə məsələyə biganə qalmağa üstünlük verir. Türkiyə isə AB üçün bir testdir”.


©Avropa.info