18 C
Baku
Sunday, April 28, 2024

“The Economist” manatı ən çox dəyər itirən valyutalar sırasında ilk 10-luğa salıb

Böyük Britaniyanın “The Economist” nəşri ənənəvi “Big Mac”ın 2021-ci ilin yanvarı üzrə indeksini açıqlayıb və Azərbaycan 2.32 indeksi göstərib. Azərbaycan manatının dollar qarşısında 58.9 (iyul üzrə bu 58% idi) faiz dəyər itirdiyi qeyd olunub.

Banker.az xəbər verir ki, Azərbaycanda “Big Mac”ın qiymətinin 3.95 manat olduğu halda ABŞ-da bunun 5.67 manat olduğu bildirilir. Son bir ildə Azərbaycanda bu məhsulun qiymət dəyişikliyinin olmadığını müşahidə edirik. Lakin, bu öncəki ildə ABŞ-da 5.71 dollar olduğu qeyd edilir.

Azərbaycan valyutasının məzənnəsi öncəki göstəricilərlə müqayisədə də dəyişməz (1.70 USD/AZN) qalıb.

Bu indeks ABŞ-ın “McDonalds” şirkətinin dünyanın müxtəlif ölkələrində yerləşən restoranlar şəbəkəsində satılan məşhur hamburqerin qiyməti əsasında tərtib edilir.

Ekspertlər hesab edir ki, bütün dünyada hamburqerin istehsalına çəkilən xərclər bir-birindən fərqlənmir və buna görə də “Big Mac”ın köməkliyi ilə alıcılıq qabiliyyətli pariteti əsasında hər bir ölkənin milli valyutasının real dəyərini öyrənmək olar.

Bunun üçün müqayisə bazası kimi ABŞ-da satılan “Big Mac”ın qiyməti götürülür.

Hazırda həmin qiymət 5.65 ABŞ dollarıdır. Əgər hər hansı ölkədə “Big Mac”ın dollar ifadəsində bundan bahadırsa, deməli, həmin ölkənin pulunun real dəyəri nominal dəyərindən aşağı, əgər ucuzdursa, həmin ölkənin pulunun real dəyəri nominal dəyərindən yuxarıdır.

Məsələn, hazırda Azərbaycanda “Big Mac” 3.95 manata və yaxud 2.3249 dollara satılır. Bu isə o deməkdir ki, “Big Mac” indeksinə görə Azərbaycan manatının real məzənnəsi nominal məzənnəsindən 2.4 dəfə çoxdur.

Qeyd edilir ki, Azərbaycan manatı 58.9% layiqincə qiymətləndirilməmiş valyuta hesab edilir. Bu siyahıda Livan funtu 68.9% ilə “lider” sayılır. Sonrakı sıralamada isə ardıcıllıq belədir: 2-ci Rus rublu 68%, 3-cü Türk lirəsi 64.5%, 4-cü, CAR rendi 61.9%, 5-ci yerdə Ukrayna qrivnası 61.1%, 6-cı sırada manat 58.9%, 7-ci sırada İndoneziya rupisi 57.5%, 8-ci və 9-cu sırada Rumıniya leusu və Malayziya ringgiti 56.4% və 10-cu sırada isə Tayvan dolları 54.5% ilə qərarlaşıblar.

Sırada ən yaxşı göstərici ilə İsveçrə frankı 28.8%, İsveç kronu 12.6% və Norveç kronu 7.5% ilə qəraralaşıblar.

Untitled

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər