18 C
Baku
Friday, November 22, 2024

The Economist: Qaz ixracı artdıqca Azərbaycanın cari əməliyyatlar hesabı profisitdə qalacaq

“Azərbaycanın ixracının 90%-dən çoxunu neft və qaz təşkil edir, ikisi arasında balans qaza doğru dəyişəcək”.

Bu barədə “The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit”in (EIU) ölkə ilə bağlı proqnozunda bildirilib.

Qeyd edilib ki, 2024-28-ci illərdə neftin qiymətinin 15%-dən çox azalması gözləntilərinə baxmayaraq, qaz ixracı artdıqca ölkənin cari əməliyyatlar hesabı profisitdə qalacaq.

EIU əlavə edib ki, Azərbaycan Türkiyəyə qaz tədarükünü 25% artırıb: “Türkiyə bu baxımdan İtaliyanı keçərək Azərbaycanın ən böyük ixrac bazarına çevrilib. Təbii qaz ixracı üzrə Avropanın enerji şaxələndirilməsi səyləri Azərbaycana böyük fayda verəcək”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər