5 C
Baku
Monday, December 23, 2024

“The Economist”: qızıla tələb yaxın illərdə yüksək qalacaq

“The Economist” bildirib ki, investorlar yenidən fəal şəkildə qızıla sərmayə qoyurlar, onun qiyməti 38% artaraq rekorda çatıb.

Banker.az nəşrin qeydinə istinadən xəbər verir ki, bu, inflyasiya, geosiyasi risklər və Mərkəzi Bankların öz ehtiyatlarını qorumaq istəyi ilə əlaqədardır.

Nəşr yazır ki, Çin, Türkiyə və Hindistan 2022-ci ilin əvvəlindən etibarən yüzlərlə ton qızıl alıblar.

Çin və Hindistan kimi Asiya ölkələri fiziki qızıla tələbi artırır, avropalılar arasında isə ən aktiv alıcılar almanlarisveçrəlilərdir.

Dərgi hesab edir ki, İstiqrazların gəlirliliyinin artmasına baxmayaraq, qızıl inflyasiyadan və iqtisadi şoklardan qorunmaq üçün cəlbedici vasitə kimi qalmaqdadır.

Bu tendensiyanın yaxın illərdə davam edəcəyi gözlənilir.

Hazırda qızılın bir troy unsiyasının qiyməti 2 760 dollara qədər bahalaşaraq tarixi rekordunu yeniləyib.

Son xəbərlər
Digər xəbərlər