24 C
Baku
Saturday, July 5, 2025

The Economist: Starmer sürətlə nüfuzunu itirir

Starmer sürətlə nüfuzunu itirir.

Banker.az bu barədə  “The Economist” həftəlik icmalına istinadən xəbər verir.

4 iyul tarixində leyborist hökumətin hakimiyyətə gəlişinin 1 ili tamam olur. Baş nazir Keyr Starmerin rəhbərliyi ilə qurulan hökumət gözləntiləri qarşılamayıb. Vəd edilən islahatlar yerinə yetirilməyib: xəstəxanalardakı növbələrin azaldılması, mənzil tikintisi və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə üzrə proqramlar uğursuzluğa düçar olub. Ən vacib təşəbbüslərdən biri olan sosial müavinətlərin azaldılması ilə bağlı qanun layihəsi partiya daxilində baş verən kütləvi narazılıq nəticəsində bloklanıb.

Birləşmiş Krallıq tarixi stagnasiyaya qərq olub, hakimiyyətə etimad son 40 ilin ən aşağı səviyyəsindədir. Dövlət borcunun idarə olunması 1987-ci ildən bəri ən yüksək xərc səviyyəsinə çatıb.

Hökumət köklü dəyişikliklər əvəzinə yalnız kosmetik tədbirlər görür və bu da onun siyasi kapitalını sürətlə tükədir. Starmer ictimaiyyətə açıq şəkildə zəruri, lakin populyar olmayan islahatların vacibliyindən danışmaqdan çəkinir. Bu isə onu həm seçicilərin, həm də investorların gözündə zəif liderə çevirir.

Əgər bu siyasət dəyişməzsə, Böyük Britaniya növbəti dəfə rəhbərliyə populist siyasətçi Naycel Faraj ( Nigel Farage) gətirə bilər. Bu isə mərkəzçi qüvvələr üçün ciddi siqnal olmalıdır.

Son xəbərlər
Digər xəbərlər