10 C
Baku
Thursday, December 12, 2024

The Economist: Türkiyə teleserial ixracına görə dünyanın 3-cü ən böyük ölkəsinə çevrilib

Türkiyə indi dünyada Amerika və İngiltərədən sonra ssenarili seriallarının üçüncü ən böyük ixracatçısıdır.

Banker.az xəbər verir ki, bununla bağlı “The Economist” jurnalı yazır.

“Parrot Analytics”ə görə, 2020-2023-cü illər arasında türk şoularına tələb qlobal müqayisədə 184% artıb. O bu göstəricidə drama filimlər istehsalçısı Cənubi Koreyanı da geridə qoyub.

Jurnal qeyd edir ki, Türk şouları təkcə Yaxın Şərqdə deyil, Avropa və Latın Amerikasında da məşhurdur.

Ötən il yeni türk şoularının üç ən böyük idxalçısı İspaniya, Səudiyyə ƏrəbistanıMisir olub.

İstanbul Ticarət Palatası 2022-ci ildə Türkiyənin televiziya ixracatının 600 milyon dollar qazandığını təxmin edir.

“The Economist” əlavə edir ki, bəzi analitiklər satışlarının tezliklə milyardlarla qazanc olacağını proqnozlaşdırırlar.

Son xəbərlər
Digər xəbərlər