16 C
Baku
Monday, May 20, 2024

“The Empire State Building”-in tarixi

Manhettendə yerləşən məşhur 102 mərtəbəli “The Empire State Building” göydələni Nyu-Yorkda yerləşən ən hündür tikilidir. Hazırda tikili biznes-mərkəz kimi istifadə olunsa da, tikinti zamanı şəhər bu binadan bir çox faydalar üçün istifadə etməyi planlaşdırırdı. 

1931-ci ildən 1972-ci ilə qədər Dünya ticarət mərkəzinin şimal qülləsinin açılmasına qədər bu tikili dünyanın ən hündür tikilisi idi. 2001-ci ildə Dünya ticarət mərkəzi dağıdıldıqdan sonra o yenidən öz statusuna geri döndü və Nyu-Yorkun ən hündür binası oldu.

996079 empire state building

1986-cı ildə “The Empire State Building” ABŞ-ın milli tarixi abidələri siyahısına daxil edildi. 2007-ci ildə isə Amerika memarlar institutunun versiyasına əsasən ən yaxşı amerikan memarlıq nümunəsi seçildi. Möhtəşəm abidənin sahibi və idarə edicisi W&H Properties şirkətidir.

Empire State Building

Bu tikilinin tarixinə aid onu qeyd edə bilərik ki, tikintiyə hazırlıq 22 yanvar 1930-cu ildə başlanılıb. Göydələnin özünün tikintisi isə Empire State, Inc. şirkətinin prezidenti Alfred Smitin təsirləri sayəsində 17 mart, müqəddəs Patrik günündə başlanmışdır. Layihə əsasında burada 3400 işçi işləyirdi və onların əksəriyyəti Avropadan gələn mühacirlər idi. Burada Avropalı mühacirlərlə yanaşı, Mohawk qəbiləsindən yüzlərlə hindli, Kahnawake-dən gələn muzdlu işçilər də var idi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər