“The Guardian” öz materiallarında ABŞ-ı demokratiya üçün ən böyük təhdid adlandırıb.
Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.
Müəlliflər dünyanın 50 ölkəsində keçirilən sorğunun nəticələrini təqdim ediblər. Beləliklə, respondentlərin 44%-i dünyada demokratiya üçün ən böyük təhdid olan ölkə kimi ABŞ-ı seçib.
Ümumilikdə, tədqiqatda 5.3 min nəfər iştirak edib. Bundan əlavə, sorğulanan şəxslərin 48%-i ABŞ-ın texnologiya nəhənglərinin təsirini təhlükə adlandırıb.








