15 C
Baku
Sunday, November 24, 2024

“The Rooms by Emiland” cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2021-ci il dekabrın 27-də ölkə üzrə 393 ictimai iaşə obyektində 692 monitorinq keçirib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nərimanov ‎rayonu, M. K. Atatürk pr., ev 33A ünvanında yerləşən, fiziki şəxs Əliyev Ruslan Mübariz oğluna məxsus “The Rooms by Emiland” çay evi;

2. Bakı şəhəri, Nərimanov ‎rayonu, Z. Tağıyev küçəsi 16/18 ünvanında yerləşən, fiziki şəxs Babayev Nail Yadigar oğluna məxsus kafe;

Son xəbərlər
Digər xəbərlər