14 C
Baku
Thursday, November 7, 2024

Theresa May: Britaniya Avropa vahid bazarını tərk etməlidir

Böyük Britaniyanın Baş naziri Theresa May bildirib ki, Britaniya Avropa vahid bazarında qala bilməz, çünki bu, “ümumiyyətlə Avropa İttifaqını tərk etməmək demək olacaq”.

Lakin Baş nazir Avropa ölkələri ilə “mükün qədər azad ticarətə” çalışacağını da deyib. O, dünyadakı digər dövlətlərlə də yeni müqavilələrin imzalanacağını bildirib.

Britaniya Avropa İttifaqının üzvlüyündən çıxmaq barədə qərar verəndən sonra onun vahid bazarda qalıb-qalmaması əsas suallardan biri idi.
Xanım May bildirib ki, parlament Britaniya və Aİ arasında son razılaşmaya səs verməlidir.
Lakin müxalif Leyboristlər Partiyası Baş nazirin planlarının “olduqca təhlükəli” olduğunu deyib.
Britaniya Baş naziri Britaniyanın Brexit danışıqları üçün prioritetlərini açıqlayıb. Bu prioritetlər arasında bunlar da var:

  • Britaniya və İrlandiya Respublikası arasında ümumi ticarət bölgəsini saxlamaq
  • Aİ ilə tarifsiz ticarət
  • Aİ ilə gömrük sazişi
  • Aİ-dən kənar ölkələrlə ticarət anlaşması
  • Kəşfiyyat və polis məlumatlarının mübadiləsinə davam etmək
  • Aİ vətəndaşlarının Britaniyada və Britaniya vətəndaşlarının
  • Aİ-dəki miqrasiya hüquqlarına “nəzarəti”
  • “Mərhələli yanaşma”

Böyük Britaniya keçən ilin iyun ayında keçirilmiş referendumda Avropa İttifaqını tərk etməyə səs verib.

BBC AZƏRİ

Son xəbərlər
Digər xəbərlər