26 C
Baku
Saturday, July 27, 2024

“Thodex kripto-birja”nın qurucusu birjanı bağlayaraq, $2 mlrd. vəsait ilə xaricə qaçıb

Kripto mübadilə birjası “Thodex”in qurucusu Faruk Fatih Özer dünən, təxminən 2 milyard dollar ilə İstanbul Hava limanından xaricə qaçıb.

Banker.az Türkiyə Mediasına istinadən xəbər verir ki, son günlərdə pul köçürmələrində problem yaşayan kripto mübadilə platforması “Thodex”in veb saytı bağlanıb. İnvestorların hesablarına girişi kəsilib.

Kripto valyuta ticarət platforması olan “Thodex”də 400 min insanın hesabı olduğunu və bunlardan 391 mininin aktiv hesab olduğu qeyd edilib. “Birjanın aylıq 100 milyard lirə, təxminən 12 milyard dollar əməliyyat həcmi olduğu bildirilib ki, bu da respublika tarixində ən böyük fırıldaqçılıq faktı kimi qeyd edilib.

“Thodex” qurucusu Faruk Fatih Özer “Twitter” və “Instagram” hesablarını bağlayıb. 

Son xəbərlər
Digər xəbərlər