30 C
Baku
Thursday, August 14, 2025

“Threads”in aylıq auditoriyası 400 milyonu keçib

“Threads” sosial şəbəkəsinin aylıq aktiv istifadəçilərinin sayı 400 milyonu keçib, bu barədə Mark Zukerberq və “Instagram”ın rəhbəri Adam Mosseri məlumat yayıb. 2025-ci ilin birinci rübünün nəticələrinə görə, sosial şəbəkənin orta hesabla ayda 350 milyon istifadəçisi olub.

Xatırladaq ki, “Threads” tətbiqi 6 iyul 2023-cü ildə istifadəyə verildib, veb-versiyası isə avqustda işə salınıb. 2025-ci ildə sosial şəbəkə reklam və şəxsi mesajlar kimi funksiyaları sınaqdan keçirməyə başlayıb.

İlon Mask (“X”in sahibi) 2024-cü ilin may ayında sosial şəbəkənin aylıq 600 milyon aktiv istifadəçisi olduğunu  açıqlayıb. “Fast Company”nin istinad etdiyi “Similarweb”ə görə, “Threads” tətbiqinin 2025-ci ilin iyun ayında gündəlik 115.1 milyon istifadəçisi olub ki, bu da illik müqayisədə 128% çoxdur. Qeyd edək ki, “X”in günlük 132 milyon istifadəçisi var və bu, illik müqayisədə 15% azdır.

Son xəbərlər
Digər xəbərlər