“Threads” sosial şəbəkəsi proqramın veb-versiyasını istifadəyə verib, bu barədə “Meta”nın rəhbəri Mark Zukerberq bildirib. Xatırladaq ki, əvvəllər brauzerdə yalnız fərdi istifadəçinin profilinə baxmaq olurdu.
“Threads”in veb versiyası yaxın günlərdə bütün istifadəçilər üçün əlçatan olacaq. Orada yeni yazılar dərc etmək, lentə baxmaq və mesaj yazmaq mümkün olacaq. Veb-versiyanın interfeysi mobil versiyanı təkrarlayır, lakin bəzi naviqasiya elementləri dəyişdirilib. Bütün bunlara baxmayaraq, burada profili redaktə etmək və ya “Instagram”a şəxsi mesaj göndərmək hələ də mümkün deyil.
Daha əvvəl “Threads” repost funksiyasını yeniləyib. Sosial şəbəkə istifadəçinin bəyəndiyi yazılara təkrar baxmaq imkanı da əlavə edib.