21 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Tibb işçilərinin maaşlarının azaldılması ilə bağlı “Agentlikdən” açıqlama

Screen Shot 2021 09 02 at 14.34.20

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri üçün həkimlərə verilən ödəmələrin iki dəfə azaldılması məsələsinə münasibət bildirib.

Banker.az xəbər verir ki, bu barədə Agentlikdən bildirilib ki,  koronavirusla mübarizə tədbirlərinə cəlb olunan tibb işçilərinin sayı infeksiyaya yoluxmuş xəstə sayında olan artım-azalmadan asılı olaraq tənzimlənir.

Bildirilib ki,  koronavirusla mübarizə tədbirlərinə cəlb olunan tibb işçilərinin sayı infeksiyaya yoluxmuş xəstə sayında olan artım-azalmadan asılı olaraq tənzimlənir. Belə ki, xəstə sayı çox olduqda daha çox tibb işçisinin, əksinə xəstə sayı az olduqda isə daha az tibb işçisinin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilməsi təmin edilir”.

“Qərara uyğun olaraq müddətli əlavələr iş vaxtına/saatına mütənasib olaraq ödənilir. Belə ki, müddətli əlavələr tibb və qeyri-tibb işçilərinin koronavirusla mübarizə tədbirlərinə cəlb olunduqları iş vaxtına/saatına görə hesablanır.

Məlumat üçün bildirək ki, yanvar ayı ərzində ölkədə koronavirusa yoluxan şəxslərin sayı az olduğu üçün tibb və qeyri-tibb işçilərinə ödənilən müddətli əlavənin məbləğində də azalma müşahidə olunub”.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər