3 C
Baku
Saturday, December 14, 2024

Tibb işçilərinin maaşlarına əlavələrin verilmə müddəti uzadıldı – QƏRAR

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən və Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsinin müddəti uzadılıb.

Banker.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, həmin müddət mayın 1-dək uzadılıb.

Qeyd edək ki, daha əvvəl bu müddət martın 1-dək uzadılmışdı.

Son xəbərlər
Digər xəbərlər