18 C
Baku
Monday, September 16, 2024

Tibb müəssisələrinin tərkibindəki 38 Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsi vahid mərkəzdə birləşdirilib

Tibb müəssisələrinin tərkibindəki 38 Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsinin vahid mərkəzdə birləşdirilməsi prosesi başa çatıb.

Bunu qurumun İcraçı direktorunun müşaviri Elşad Məmmədli TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair keçirilən müşavirədə deyib.

O bildirib ki, hazırda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində restrukturlaşdırma işləri həyata keçirilir:

“Artıq tibb müəssisələrinin tərkibindəki 38 Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsinin vahid mərkəzdə birləşdirilməsi və təhvil-təslim prosesi başa çatıb”.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər