11 C
Baku
Tuesday, November 26, 2024

Tibbi iddialar üzrə kiçik mütəxəssis – PAŞA Sığorta

“PAŞA Sığorta” ASC namizədləri “Tibbi iddialar üzrə kiçik mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• İş günü ərzində müştərilərdən gələn zənglərin əsasında sığorta hadisələri ilə bağlı müraciətlərin müvafiq tibb müəssisələrinə yönləndirilməsi
• sual və sorğuların cavablandırılması, şikayətlərin həll edilməsi və sığorta təminatı ilə bağlı məsləhətlərin verilməsi
• Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin sığorta şöbələrinin nümayəndələri və müalicə həkimləri ilə bilavasitə danışıqların aparılması;
• Tibbi sığorta üzrə baş vermiş sığorta hadisələrinin ilkin tənzimlənməsi üzrə işlərin aparılması, sığorta olunanların müraciət faktları ilə bağlı tibb müəssisələrindən daxil olan məlumatların sistemə daxil edilməsi;
• Tibbi sığorta üzrə sənəd bazasının yaradılması və daimi yenilənməsi işində rəhbərliyə dəstək;
• Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Bilik və bacarıqlar:

• Ali təhsil (tibbi təhsil arzuolunandır);
• tibbi sığorta və ya müvafiq səhiyyə sektorunda 1 ildən az olmayan iş təcrübəsi;
• Kompyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;
• azərbaycan və rus dilləri ;
• Ünsiyyət qurmaq bacarığı.

Yaxşı ünsiyyət qurmaq qabiliyyəti.Son müraciət tarixi: 30 yanvar, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Son xəbərlər
Digər xəbərlər