1 C
Baku
Saturday, December 14, 2024

Tibbi maska üçün materialların idxalı 2025-ci ilə qədər gömrük rüsumundan azad edilir

Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı məqsədilə hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materialların idxal gömrük rüsumundan azad edilmə müddəti artırılıb.

Banker.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı məqsədilə hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materiallar 31 dekabr 2024-cü ilə qədər idxal gömrük rüsumundan azad edilir. Bundan əvvəl bu müddət 31 dekabr 2022-ci il tarixinədək olan dövrü əhatə edirdi.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Son xəbərlər
Digər xəbərlər