Tibbi maskaların bahalaşması – Antiinhisarçılıq strukturu nə gözləyir?

Maskalı gəcnlər, Bakı

BU GÜN SİZLƏRƏ tibbi maskaların qiyməti niyə qalxır mövzusunu izah etmək istəirəm. Bildiyiniz kimi iqtisadiyyatda bazarı əsas tənzimləyən iki termin var. Tələb və təklif. Amma bu terminə keçməmişdən əvvəl Dövlət tərəfindən tənzimlənən qiymət siyasətinə baxaq. Dövlət qiymətin tənzimlənməsi üçün hansı vasitələrdən istifadə edə bilər. Gömrük rüsumlarının idxal olunan mala görə azaldılması və daxili vergi rusumlarının azaldılması. Bundan əlavə inhisarçılığın qarşısını alıb, sağlam rəqabət yaratmaq Dövlətin əsas prinsiplərindən biridir.

Bunu misalla izah edərk. Maskanın qiymətinin qalxmaması üçün, yəni ölkədə olan tibbi maskalarının xaricə çıxmamağı üçün Nazirlər Kabineti onların çıxışına məhdudiyyət qoydu. Eləcə də, bəzi tibbi ləvazimatlara. Bu artıq o deməkdir ki, Dövlət hər hansı qiymət artımı baş verməməsi üçün, müəyyən qabaqlayıcı addım atdı. Artıq burada tibbi maskanın qiymət qalxması aşağı enməlidir. Digər bir addım inhisarçılığın (monopoliyanın) qabağını almaq tədbiridir. Bununla bağlı İqtisadiyyat Nazirliyin tərkibində struktur mövcuddur. Antiinhisar kommisiyası. Əvvəla baxaq görək inhisarçılıq nədir? Bu sözə çox zaman monopoliya deyilir. Kökünün yunan sözü olduğu üçün mono – tək, tənha. Poliya isə – satmaq deməkdir. Sözünü kökündən görünür ki, müəyyən məhsul və ya xidmətin yalnız bir şəxs və ya şirkət tərəfindən təqdim edildiyi haldır. Bu halda nə baş verir?

Qiymət həmin şəxs və ya şirkət tərəfindən qalxır və ya istədiyi vaxt azaldılır. Bazarda bir satıcının və çoxlu sayda alıcının olması, monopolistə yəni inhisarçıya imkan verir ki, istədiyi qiyməti məhsula qoysun. Bizlərdə belə bir fikir yaranıb ki, inhisarçı yalnız böyük şirkətlərdi. Amma adı bir xırda firmada inhisarçı ola bilər.

Misal: Hər hansı bir kəndi digər kəndlə birləşdirən uzun məsafəli yoldur. Burada bir yanacaq doldurma məntəqəsi istifadəyə verilir. Həmin ərazi də digər rəqabət üçün yanacaq doldurma məntəqəsi olmadığından, yolda yanacağı qurtaran şəxs məcburdur ki, gedib yanacağı həmin məntəqədən alsın. İnhisarçılığın növləri var: Bu növləri sadalamaqdansa, əsas məsələyə keçid alaq. Süni inhisarçılığa. Bu inhisarçılığ yüksək mənfəət götürmək üçün yaradılır. Onun məqsədi rəqiblərini müxtəlif yollarla sıxışdırmaqdır. Hazırda ölkədə tibbi maska qıtlığı süni inhisarçılıqla bağlıdır. Misal üçün Sabirabad rayonunda tibbi maskanın alınmasına əhali o qədərdə həvəs göstərmir. Burada tibbi maskanın qiyməti 100 manat olsa belə, onu heç kəs almayacaq. Çünki yuxarda qeyd edildiyim kimi, tələb yoxdur. Əgər bazarda tələb yoxdursa, təklif olunan malların sayı çox olsa belə və qiymət maya dəyərindən aşağı olsa belə, onu alan olmayacaq. İnhisarçılığı Dövlət tərifindən idarə etməkdə asandı. Amma biz digər hissəyə keçid alaq. Vergi Məcəlləsindəki riskli vergi ödəyicisi terminini ilə bağlı hissəyə. O termini mən elə COVİD 19 virusu adlandırıram. Mahiyyətcə oxşarlıq var. Nazirlər Kabineti tərəfindən meyarlar təstiq olunmasa da, qeydlərə əsasən inhisarçılığı yaradan şəxslər riskli vergi ödəyicisi hesab ediləcək. Yəni bu gün bazara müdaxilə edib orada inhisarçı siyasəti tətbiq edən şəxslər, verginin qara siyahısına düşəcək. Hələ məsələ bununla bitmir. Həmin inhisarçı ilə bu işi həyata keçirənlərdə risk qrupuna düşəcək. Yəni virus keçicidir. Yuxarda qeyd etdiyim kimi, COVİD19 kimi. Kimsə həmin inhisarçı ilə iş görmək istəyirsə, ruslar demişkən “попадают в зону риска. Yəni risk zonasına düşürlər. Amma məsələ burasındadır ki, İqtisadiyyat Nazirliyinin tərkibində olan antiinhisarçılıq strukturu bu gün gözə çarpacaq iş görmür. Sanki meyarın təstiq olunmasını gözləyir. Meyar vergi orqanı üçündür. Bu struktur üçün nəzərdə tutulmayıb. Bu baxımdan qiymətin süni artmasının baş verməməsi üçün İqtisadiyyat Nazirliyinin hərəkət etməlidir.

Rauf Qarayev
İqtisadçı – ekspert

 Qeyd: Məqalədəki yazılanlar ekspertin müstəqil fikiridir. Yazıdakı fikirlər saytın mövqeyi ilə üst-üstə düşməyə bilər.