14 C
Baku
Friday, November 22, 2024

Tibbi müştəri əlaqələri üzrə mütəxəssis/ kiçik mütəxəssis – PAŞA Sığorta

PAŞA Sığorta” ASC namizədləri “ Tibbi müştəri əlaqələri üzrə mütəxəssis/ kiçik mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Tibbi sığorta üzrə sənədlərin buraxılması (müqavilələr, şəhadətnamələr, sliplər və müqaviləyə əlavələr);
• sənəd  bazasının aparılması və mütəmadi yenilənməsi;
• sığorta olunanların siyahılarına edilən dəyişikliklərin qeydiyyatı olunması, müştərilərlə razılaşdırılmış müddətə əsasən Tibbi sığorta müqavilələrinə Əlavələrin buraxılması;
• Müştərilərə tibbi sığorta proqramları üzrə təqdimatların keçirilməsi və təqdimat zamanı sual və sorğuların dolğun cavablandırılması;
• Tibbi sığorta proqramları, onların xüsusiyyətləri barədə müştərilər və əlaqəli şəxslərə məsləhət xidmətinin göstərilməsi;
• Müştəri məmnuniyyətinin ölçülməsi və qorunması məqsədi ilə müştərilər və ya əlaqəli şəxsləri ilə görüşlərin keçirilməsi; 
• Mütəmadi olaraq tibbi sığorta üzrə sığorta olunan şəxslər arasında müştəri məmnuniyyəti sorğularının keçirilməsi, daxil olan sorğu vərəqələrinə əsasən alınmış məlumatın təhlili və sistemləşdirilməsi, sorğu nəticəsində aşkarlanan şikayətlərin cavablandırılması, müvafiq hesabatların hazırlanması.

Bilik və bacarıqlar:

• ali təhsil (tibbi təhsil arzuolunandır);
• Tibbi sığorta və ya bununla əlaqəli sahədə ən azı 2 il iş təcrübəsi. Azərbaycan, ingilis və rus dillərində səlis danışıq;
• Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;
• Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dilini orta danışıq səviyyəsində bilmək;
• Ünsiyyət bacariğı;
• Qeyri standart vəziyyətə cəld reaksiya;
• komanda işləmək bacarığı;
• stressə davamlılıq.

Son müraciət tarixi: 28 Fevral, 2019-cu il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Son xəbərlər
Digər xəbərlər