Tibbi sığorta bazarının ödənişlərində 45%-ə qədər artım var

2021-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri könüllü tibbi sığorta üzrə 70 milyon 35 min manat sığorta haqqı toplanıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Belə ki, Tibbi sığorta üzrə yığımların həcmində keçən ilin eyni dövrü ilə müqayisədə 37 min artm var.

Şirkətlər tərəfindən tibbi sığortalar üzrə isə hesabat dövründə 24 milyon 687 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon 653 min manat və ya 44.9% artıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.