2021-ci ilin yanvar-avqust ayları ərzində Azəraycanda fəaliyyət göstərən sığorta şirkətləri könüllü tibbi sığorta üzrə 75 milyon 355 min manat sığorta haqqı toplanıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu sığorta üzrə yığımların həcmində keçən ilin eyni dövrü ilə müqayisədə azalma 1.8%-ə yüksəlib.
Şirkətlər tərəfindən tibbi sığortalar üzrə hesabat dövründə 52 milyon 394 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20% artıb.