Tibbi vasitələr sertifikatlaşdırılmadan öncə onların risk dərəcəsinə görə bölgüsü təyin olunacaq.
Bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, 3 risk dərəcəsi müəyyən ediləcək:
“Tibbi vasitələr bu səviyyələr üzrə reyestrdən keçiriləcək”.