7 C
Baku
Sunday, December 15, 2024

Tibbi yardımın təşkili şöbəsinin Mütəxəssisi – Ateshgah Sigorta

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla, “Atəşgah”  Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. Hazırda şirkətdə 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

İŞ PROFİLİ

Tibbi yardımın təşkili şöbəsinin Mütəxəssisi

Namizədə tələblər

• Yaş: 23-35
• Cinsi: kişi və ya qadın
• Təhsil: Ali, tibb təhsili mütləqdir (təhsil alan tələbələr və rezidenturada işləyən namizədlər müraciət edə bilər
• İş təcrübəsi: arzuolunandır
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), ingilis dili (yaxşı) mütləqdir

Əsas vəzifə öhdəlikləri

• Daxil olan zənglərin cavablandırılması
• Sığortalı müştərilərə telefonla konsultasiyanın verilməsi
• Sığortalı müştərilər üçün tibbi yardımın təşkili
• Tibbi və sığorta sənədləşdirilməsinin aparılması

İş şərtləri

• İş vaxtı 09.00-18.00 qrafiklə gündüz növbəsi
• Əmək haqqı: 550 AZN

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir ).

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Son xəbərlər
Digər xəbərlər