26 C
Baku
Saturday, July 27, 2024

Ticarət əməliyyatlarına nəzarət idarəsinin rəisi vəzifəsi-MBNP

Ticarət əməliyyatlarına nəzarət idarəsinin rəisi vəzifəsi- Maliyyə Bazarlarına Nəzarət Palatası

Namizədə dair tələblər

  • İqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu ixtisasları üzrə bakalavr və magistratura təhsili;
  • Analoji sahə üzrə ən azı 5 il iş təcrübəsi; idarəetmə təcrübəsi;
  • Azərbaycan və İngilis dillərində səlis danışmaq, yazmaq və tədqiqat aparmaq qabiliyyəti;
  • Maliyyə bazarları, onların işləmə prinsipləri, investisiya qiymətli kağızları və törəmə maliyyə alətləri üzrə yüksək biliklər;
  • Maliyyə hesabatlarının təhlili və risklərin idarəolunması sahəsində yüksək biliklər;
  • Qiymətli kağızlar sahəsində yerli qanunvericilik üzrə yüksək biliklər, xüsusilə bazarda sui-istifadələr barədə geniş məlumatlılıq;
  • Qiymətli kağızlar sahəsində beynəlxalq qanunvericilik üzrə biliklər (Mifid, MAD, Transparancy Directive, Bazel prinsipləri və s.)
  • Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində yüksək biliklər;
  • Yüksək ünsiyyət, təşkilatçılıq, idarəetmə və qərarvermə bacarıqları:
  • Analitik düşünmə, problem həll etmə və intensiv rejimdə işləmə bacarıqları;
  • İT resursları və ofis proqramları üzrə yüksək biliklər.
  • CFA və FRM sertifikatı;
  • Statistik təhlil və proqramlaşdırma (VBA, SQL, MATLAB, Python).

 

İşin təsviri:

  • İdarənin fəaliyyətini təşkil edir, idarənin əməkdaşları arasında iş bölgüsü aparır və onların fəaliyyətini əlaqələndirir;
  • İdarəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə departamentin strateji və əməliyyat planlarının hazırlanmasını təşkil edir;
  • Ticarət əməliyyatlarına nəzarət üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanın hazırlanması üzrə təkliflər verir;
  • Qiymətli kağızlar və digər maliyyə alətlərinin ticarətinə proaktiv və retrospektiv nəzarəti həyəta keçirir, analitik təhlillər aparır, təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər hazırlayır;
  • İnvestisiya şirkəti, fond birjası və depozitar tərəfindən təqdim edilən hesabatları təhlil edir;
  • Qiymətli kağızlar bazarında sui-istifadələrə, o cümlədən qiymətlərlə manipulyasiyalara yol verilməməsi və insayd məlumatdan istifadə edilməklə əqdlərin bağlanmaması məqsədi ilə müvafiq tədbirlər görür;
  • Emitentlər tərəfindən məlumatların açıqlanmasına nəzarət edir;
  • İdarənin fəaliyyətinə dair müvafiq hesabatların hazırlanmasını təmin edir.

Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Əlaqə vasitələri:

E – mail :  [email protected]

Son xəbərlər
Digər xəbərlər