23 C
Baku
Friday, April 26, 2024

Ticarət müharibəsinin aralıq nəticələri: Tramp ABŞ-a üstünlük qazandıra bilməyib

Dünyanın ən böyük iki iqtisadiyyatı olan ABŞ və Çin arasındakı ticarət dövriyyəsi, yanvar-avqust ayları arasında təxminən 14% azalıb.

Banker.az xəbər verir ki, bununla yanaşı, ÇXR-in ABŞ-dan idxalı ixrac ilə müqayisədə daha çox azalıb. Beləliklə, iki ölkə arasındakı disbalans artmağa davam edərək ilin ilk səkkiz ayında 195,45 milyard dollar təşkil etmişdir. Başqa sözlə, bu göstəricilərə görə ABŞ hələ də istənilən nəticəyə nail ola bilmir.

Ümumilikdə, avqustda ixrac 1%, idxal isə 5,6% azalmışdır, bu haqda ÇXR-in gömrük idarəsi məlumat verib. Mütəxəssislər idxalın azalmasını iqtisadiyyatın yavaşlaması və müvafiq olaraq daxili tələbatın azalması ilə əlaqələndirirlər.

Bununla yanaşı, idxal da zəif olaraq qalır. Ötən ilin avqustu ilə müqayisədə 5,6% azalaraq 179,9 milyard dollara çatmışdır. Bu, iyul ayı ilə müqayisədə daha yaxşı nəticədir. 2019-cu ilin ilk 8 ayında idxal 4,6% azalaraq 1,34 trilyon dollara çatmışdır.

Ötən ilin sonunda Çinin xarici ticarət dövriyyəsi rekord nəticələr göstərərək 4,62 trilyon dollara çatmışdır ki, bu da 2017-ci il ilə müqayisədə 12,6% çoxdur. Çinin ixracatı 2018-ci ildə 9,4% artaraq 2,48 trilyon dollar, idxal isə 15,8% artaraq 2,14 trilyon dollara çatmışdır. Keçə ilin nəticələrinə görə ticarət saldosu 351,76 milyard dollar təşkil edib.

Eyni zamanda, ticarət müharibəsində Çin hökuməti ticarət tariflərini minimuma endirmək üçün yuanı aktiv şəkildə devalvasiya edir. Çin valyutasının dollara qarşı məzənnəsi 2008-ci ildən bəri minimum səviyyəyə düşüb.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər