Ticarət nəticələrinin analiz edilməsi

Müəllif: İnforex şirkətinin Vitse-prezidenti Iqtisadçı Analitik-Ekspert Qafar Imanverdiyev

Kapitalın idarə olunması haqqında anlayışlar

Bazarın analiz edilməsi və proqnozlaşdırılması, ticarət planının işlənib hazırlanması və praktiki ticrət maliyyə bazarlarında uğurlu fəaliyyət üçün zəruri faktorlar hesab edilir. Bütün bunlarla yanaşı bazarda iştirak zamanı şəxsi fəaliyyətin də analizi mühüm əhəmiyyət kəsb edir. Bütün treyderlərə şamil olunur.

Şəxsi uğur və müvəffəqiyyətsizlikləri analiz etmədən, mənfəət və zərərlərin statistik uçotunu təşkil etmədən ticarət fəaliyyətinin mənfəətliliyini artırmaq qeyri-mümkündür.

Maliyyə bazarları və bununla bağlı analiz metodları olduqca çox şaxəli və birmənalı olmadığı üçün maliyyə bazarlarında fəaliyyət iştirakçıdan müntəzəm elmi və praktiki araşdırmalar tələb edir.

Maliyyə bazarlarında iştirak zamanı aşağıdakı tələblər yerinə yetirlilməlidir:

  • iqtisadi göstəricilər və hadisələr, həmçinin valyuta bazarlarının bu məlumatlara reaksiyası qeydiyyata alınmalı;
  • bütün texniki və komputer analizi siqnallarının doğruluq və yalnışlıq statistikası təşkil edilməli;
  • bazarda valyuta qiymətlərinin qeyri-müəyyən hərəkətinin qeydiyyatı aparılmalı;
  • ticarət qərarları qəbul edərkən emosiya və təəsüratlar qeydə alınmalı və s.

Bazarda baş verən bütün hadisələrin və bunlara qarşı reaksiyanın qeydiyyatını aparmadan uğurlu nəticələrin və müvəffəqiyyətlərin əldə edilməsi mümkün deyildir. Bir qayda olaraq bu tip sistem üzrə bazar analizinin təşkili bir müddət sonra baş verəcək situasiyaları daha dəqiq analiz etməyə və hadisələrə düzgün qiymət verməyə imkan yaradır.

Uzun müddətli dövr ərzində yuxarıda əksini tapmış qeydlərin analiz edilməsi ticarət qərarlarının qəbul edilməsi üçün yeni siqnalların yaradılmasına yardımçı ola bilər. Bu tip qeydlərin analizi yeni ticarət metodlarının müəyyənləşdiril-məsinə yardımçı olması belə, bazarda baş verən dəyişikliklərin daha dəqiq hiss edilməsinə imkan yaradır.

Bazar haqqında qeydlərin mütəmadi olaraq yenidən analiz edilməsi müsbət nəticələrin əldə edilməsi ehtimalını daha da artırır. Ötən dövrdə baş vermiş hadisələrin yeni qazanılmış təcrübələrdən yararlanaraq təkrar analiz edilməsi daha yüksək tempdə effektiv araşdırma bacarığını təkmilləşdirir.

Bazarın araşdırılmasına yönəldilmiş bu tip analiz metodu valyuta bazarlarında həyata keçirilən fəaliyyətin ilkin mərhələlərində olduqca vacib əhəmiyyət kəsb edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.