19 C
Baku
Thursday, April 25, 2024

Ticarət və ictimai iaşə obyektlərində POS-terminallardan niyə imtina edilir?

Buna görə cəzalar tətbiq edilməlidirmi?

Burda ümumilikdə 2 problem var:

1) POS-terminalın ümumiyyətlə quraşdırılmaması.

2) POS-terminalın mövcud olması, lakin ondan istifadə edilməməsi. Nazir çıxışında bildirib ki, 2016-ci il ilə müqayisədə POS-terminalların sayı 16%-dək azalıb. Azalmaya səbəb nədir? Başlıca səbəblərdən biri sözsüz ki, bir sıra bankların bağlanması olmuşdur. Həmin bankların müştərlilərinin bir hissəsi digər banklardan posterminal almadılar və işini POS-terminalsız davam etdilər. Digər tərəfdən elə obyektlər var ki, onlarda bir neçə bankın POS-terminalı var idi.

POS-terminalların quraşdırılmasından niyə imtina edilir və nə üçün maraq azdır? Səbəblər çoxdur. Əsas məsələ odur ki, NKA ilə çek vurmaq həvəsi olmayan yəqin ki, POS-terminaldan istifadədə maraqlı olmayacaq. Yəni problemin arxasında vergi məsələləri durur. İkinci məsələ, POS-terminalların istismar və əməliyyat xərcləridir. Əslində vergi üzrə verilən güzəştlər bu xərcləri hardasa kompensasiya edir (bəzi hallarda heç etmir, bu vergi rejimindən və terminalla dövrüyyədən asılı olaraq fərqli nəticələr verir). Həmişəki kimi bizdə problemi yenə cəza yolu ilə həll etmək istəyirlər. Son zamanlar digər məsələlər üzrə yenə sərt tədbilrlər haqda söhbət açılır. Cəza dili ilə danışmağın sonu olmur…

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər