13 C
Baku
Friday, May 24, 2024

Ticarət və xidmət sahəsi işçilərinin “sirləri”

Ticarət və xidmət sahəsinin işçilərinin bildikləri və sizə deməkdə heç də həvəsli olmadıqları bəzi nüanslar:

  • Avtomobil alarkən avtosalona ayın sonuncu günü gəlin. Demək olar ki, hər bir satıcının öz satış planı vardır və ay sonunda bu plan tamamlanmayıbsa satıcı ay göstəricisini bərpa etmək üçün sizə çox sərfəli müqavilə təklif edə bilər.
  • Heyvanlar üçün bit dərmanları və şampunları faydasızdır. İnsanların istifadə etdikləri adi şampun da ev heyvanınızı çirkdən və bitdən təmizləyə bilər.
  • Telemarketinq agenti evinizə və yaxud ofisinə “sərfəli təkliflə” zəng etdikdə dərhal dəstəyi asmayın. Gec və yaxud tez sizə yenidən zəng edəcəklər, belə ki, nömrəniz məlumat bazasında qalır. Əgər sizi narahat etmələrini istəmirsinizsə, sadəcə bunu onlara deyin. Onlar sizin tələbinizi yerinə yetirməli və sizi bir daha narahat etməməlidirlər.
  • İnsanlar gün ərzində iki dəfə dişlərini fırçalasaydı və diş sapından istifadə etsəydi diş həkimlərinin 90%-i işsiz qalardı.
  • Baqajınız yoxdursa bütün yalnış gümanlara baxmayaraq uzun bir neçə dayanacaqlı reyslə səfər daha ucuz başa gəlir.
  • Bir çox təmizləyici vasitələri adi ağ sirkə ilə əvəz etmək mümkündür. Suda həll edilmiş sirkə 99,9% mikrobları məhv etmək iqtidarındadır.
  • Qaynar xəttə zəng etdiyiniz vaxt sizi gözləmə rejimini aldıqda və mahnı səsləndikdə belə operator dediyiniz hər bir şeyi eşidir.
  • Pərakəndə satış işçilərinin əksəriyyəti gələn həftələrdə endirimə qoyulacaq məhsullardan xəbərdardır. Alış-veriş etmədən əvvəl soruşun.
Son xəbərlər
 ⁠
Digər xəbərlər