Ticarət əməliyyatlarına nəzarət idarəsinin rəisi vəzifəsi- Maliyyə Bazarlarına Nəzarət Palatası
Namizədə dair tələblər
- İqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu ixtisasları üzrə bakalavr və magistratura təhsili;
- Analoji sahə üzrə ən azı 5 il iş təcrübəsi; idarəetmə təcrübəsi;
- Azərbaycan və İngilis dillərində səlis danışmaq, yazmaq və tədqiqat aparmaq qabiliyyəti;
- Maliyyə bazarları, onların işləmə prinsipləri, investisiya qiymətli kağızları və törəmə maliyyə alətləri üzrə yüksək biliklər;
- Maliyyə hesabatlarının təhlili və risklərin idarəolunması sahəsində yüksək biliklər;
- Qiymətli kağızlar sahəsində yerli qanunvericilik üzrə yüksək biliklər, xüsusilə bazarda sui-istifadələr barədə geniş məlumatlılıq;
- Qiymətli kağızlar sahəsində beynəlxalq qanunvericilik üzrə biliklər (Mifid, MAD, Transparancy Directive, Bazel prinsipləri və s.)
- Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində yüksək biliklər;
- Yüksək ünsiyyət, təşkilatçılıq, idarəetmə və qərarvermə bacarıqları:
- Analitik düşünmə, problem həll etmə və intensiv rejimdə işləmə bacarıqları;
- İT resursları və ofis proqramları üzrə yüksək biliklər.
- CFA və FRM sertifikatı;
- Statistik təhlil və proqramlaşdırma (VBA, SQL, MATLAB, Python).
İşin təsviri:
- İdarənin fəaliyyətini təşkil edir, idarənin əməkdaşları arasında iş bölgüsü aparır və onların fəaliyyətini əlaqələndirir;
- İdarəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə departamentin strateji və əməliyyat planlarının hazırlanmasını təşkil edir;
- Ticarət əməliyyatlarına nəzarət üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanın hazırlanması üzrə təkliflər verir;
- Qiymətli kağızlar və digər maliyyə alətlərinin ticarətinə proaktiv və retrospektiv nəzarəti həyəta keçirir, analitik təhlillər aparır, təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər hazırlayır;
- İnvestisiya şirkəti, fond birjası və depozitar tərəfindən təqdim edilən hesabatları təhlil edir;
- Qiymətli kağızlar bazarında sui-istifadələrə, o cümlədən qiymətlərlə manipulyasiyalara yol verilməməsi və insayd məlumatdan istifadə edilməklə əqdlərin bağlanmaması məqsədi ilə müvafiq tədbirlər görür;
- Emitentlər tərəfindən məlumatların açıqlanmasına nəzarət edir;
- İdarənin fəaliyyətinə dair müvafiq hesabatların hazırlanmasını təmin edir.
Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.
Əlaqə vasitələri:
E – mail : [email protected]