13 C
Baku
Friday, November 15, 2024

Ticarət dövriyyəsindəki payıla Azərbaycan Gürcüstanın 2-ci ən böyük ticarət tərəfdaşı olub

 Ötən ay Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 97 mln. 611,1 min dollar təşkil edib.

 Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Yanvar ayında Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 11,8% təşkil edib. Bu göstərici ilə ötən ay Azərbaycan Gürcüstanın Türkiyədən sonra ikinci ən böyük ticarət tərəfdaşı olub.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 70,4% artaraq 34 mln. 458,3 min dollar təşkil edib. Gürcüstanın ümumi ixracında Azərbaycan 14,4% paya sahib olmaqla, Rusiyadan sonra qonşu ölkənin ikinci əsas ixrac tərəfdaşı olub.

Ötən ay Gürcüstan Azərbaycandan 63 mln. 152,8 min dollar dəyərində məhsul idxal edib. Qonşu ölkənin ümumi idxalında Azərbaycanın payı 10,7% təşkil edib. İllik müqayisədə Gürcüstanın Azərbaycandan idxalı 7,3% azalıb. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin Türkiyə və Çindən sonra üçüncü əsas idxal tərəfdaşı olub.

Yanvar ayında Gürcüstanın xarici ticarət dövriyyəsi, ümumilikdə, 826,8 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 1,2% çoxdur. Qonşu ölkənin ixracı 7,2% artaraq 238,8 mln. dollar, idxalı isə 1,1% azalaraq 588 mln. dollar dəyərində olub. 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər