19 C
Baku
Thursday, April 25, 2024

Ticarət mərkəzində istehlaka yararsız 192 məhsulun satışının qarşısı alınıb

Daxil olan müraciət əsasında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ticarət mərkəzində bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) topdan satışı həyata keçirilən, fiziki şəxslər Qəmbərov Rauf Qurbanqulu oğlu, Muhammed Saeed Khana, Mehdiyev Vüqar İnqilab oğluna məxsus mağazalarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları plandankənar yoxlama keçirib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Araşdırmalar nəticəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, sertifikatlaşdırılmamış, BFMQƏ adı altında müxtəlif çeşidli məhsulların satışının həyata keçirildiyi müəyyən olunub. Müxtəlif çeşiddə və çəkilərdə qablaşdırılmış 192 ədəd qida təhlükəsizliyi sertifikatı olmayan məhsul satışdan kənarlaşdırılaraq müvafiq tədbirlər görülüb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər