İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılmış “Ticarət şəbəkələri” İctimai Birliyinə üzv market şəbəkələri ilə onlayn görüş keçirilib.
Bu barədə nazirliyə istinadən xəbər verilir.
Məlumata görə, nazir müavini Niyazi Səfərovun və KOBİA-nın nümayəndələrinin iştirak etdiyi görüşdə İctimai Birliyin fəaliyyətinin səmərəli təşkili ilə bağlı fikir mübadiləsi aparılıb, biznes assosiasiyası üzvlərinin təklifləri dinlənilib.
Onlayn görüşdə həmçinin, pandemiya şəraitində market şəbəkələrində sanitar-epidemioloji tələblərə, sosial davranış qaydalarına əməl olunması vəziyyəti müzakirə edilib, “COVID-19”la mübarizədə qaydalara riayət olunmasının vacibliyi bir daha diqqətə çatdırılıb.