13 C
Baku
Saturday, November 23, 2024

Ticarət Terminalogiyası -ı hissə

Hazırladı: Müstəqil treyder Əfşar Əsgərov

Ed Ponsi: FXEducator.com saytının təsisçi

Treyderlərin özlərininə məxsus dili vardır. Onların istifadə etdiyi sözlər “qeyri-istifadəçiləri” və ya treyder olmayanları çaşdıra bilər. Ticarət jarqonu məxfi əl sıxmanın demək olar ki, bir növüdür. Belə ki, bu digər ticarətçilərə sizin də klubun üzvü olduğunuzu bilməyə imkan verir.

Buy (Alış): Nə zaman ki, treyder deyir mən “almışam”, onun mənası odur ki, əgər valyuta kursu yüksələrsə o gəlir əldə edəcəkdir.

Sell (Satış): Nə vaxt ki treyder deyir “satmışam”, onun mənası odur ki , əgər valyuta kursu düşəcəksə o gəlir əldə edəcəkdir.

Pip nədir?

Pip foreks bazarında qiymətin ən kiçik artımıdır. O “percentage in point” söz birləşməsinin akronimidir. Əgər valyuta kursu 1.1000-dən 1.1001-ə qalxarsa biz deyəcəyik ki, kurs 1 pip artmışdır və ya əksinə. Kurs 1.3578-dən 1.3570 düşmüşdürsə biz deyəcəyik ki, kurs 8 pip düşmüşdür.

Təməl Valyutalar

Aşağıda bəzi aktiv olaraq ticarət edilən valyutalar və onların kodları göstərilmişdir:

  • EUR = Avro
  • GBP= Böyük Britaniya funt-sterlinqi
  • USD= ABŞ dolları
  • JPY= Yapon yeni
  • CHF= İsveçrə frankı
  • CAD= Kanada dolları
  • AUD= Avstraliya dolları
  • NZD= Yeni Zelandiya dolları

Ləqəblər

Bu valyutaların bir çoxunun rəngarəng ləqəbləri vardır. Treyderlər adətən bu ləqəblərdən istifadə edirlər, belə ki onların hansı valyutanı təmsil etdiyini bilməyinizə ehtiyac vardır. Bir neçə nümunə:

  • ABŞ dolları – “greenback” və ya “buck”
  • British Pound – “cable” və ya “sterling”
  • Euro – “single currency”
  • Sviss Frank – “ svissy”
  • Kanada dolları – “loonie”
  • Avstraliya dolları “Aussie”
  • Yeni Zelandiya dolları – “kivi”

Bu ləqəblərin mənşəyini müzakirə etmək maraqlı mövzudur. Misal üçün Avro single currency (vahid valyuta) adlandırılır, çünki bir çox ölkələrdə istifadə edilən pul vahididir. “Kivi” ( kivi) qanadsız gecə quşudur və demək olar ki, Yeni Zelandiyanın milli simvoludur. “loonie” qeyri-formaldır, adətən Kanadanın bir dollarlıq sikkəsi üçün istifadə edilir. Bu ləqəb “loon” ( qaqara – Şimalda yaşayan su quşu ) sözündən törəmişdir.

Mərkəzi Banklar

Hər ölkənin ( və ya Avropa İttifaqı) özünün faiz siyasəti vardır və bu faiz Mərkəzi Banklar tərəfindən müəyyənləşdirilir. Treyderlər faiz siyasətini diqqətli izləyirlər, çünki onların valyuta kursuna əhəmiyyətli dərəcədə təsiri vardır.

  • Avropa İttifaqı: Avropa Mərkəzi Bankı – European Central Bank ( ECB)
  • Böyü Britaniya: İngiltərə Bankı- Bank of England (BoE)
  • ABŞ: Federal Ehtiyatlar Sistemi – Federal Reserve (FeD)
  • Yaponiya: Yaponiya Bankı – Bank of Japan (BoJ)
  • İsveçrə: İsveçrə Dövlət Bank – Swiss Nation Bank ( SNB)
  • Kanada: Kanada Bankı – Bank of Canada ( boc)
  • Avstraliya: Avstraliya Ehtiyatlar Bankı – Reserve Bank of Australia (RBA)
  • Yeni Zelandiya: Zelandiya Ehtiyatlar Bankı – Reserve Bank of Zealand ( RBNZ)

Bu mərkəzi banlar inflyasiya ilə mübarizə üçün faizləri artırır və inkişafı stimullaşdırmaq üçün faiz dərəcələrini aşağıya salır. Onların hərəkəti kursda dəyişikliklər yaratdığına görə bir çox forek strategiyalarının əsas alətləri sırasına daxildir.

Populyar Valyuta Cütlükləri

Bəzi ən populyar valyuta cütlükləri :

  • EUR/USD
  • USD/JPY
  • GBP/USD
  • USD/CHF
  • AUD/USD
  • USD/CAD
  • NZD/USD
  • EUR/JPY
  • EUR/GBP
  • GBP/CHF
  • EUR/AUD

Valyuta cütlüyünün birinci üzvü “əsas” valyuta və ikinci üzvü isə “əks” valyuta adlanır. Misal üçün , eur/usd cütlüyünün “əsas” valyutası avro , “əks” valyutası isə ABŞ dollarıdır.

Nə vaxt ki, qrafikdə valyuta cütlüyü yüksəlir bunun mənası odur əsas valyuta əks valyutaya nəzərən güclənir. Bu hər valyuta üçün doğrudur ( Fiqur 1.3 )

enrtidhs4

Fiqur 1.3 əsas valyuta əks valyuta ilə müqayisədə güclənir

Əgər qrafikdə valyuta cütlüyü düşürsə bunun mənası odur ki, əsas valyuta əks valyutaya nəzərən zəifləyir ( Fiqur 1.4 ).

enrjstysa

Fiqur 1.4 əsas valyuta əks valyuta ilə müqayisədə zəifləyir

 

 

Son xəbərlər
Digər xəbərlər