2 C
Baku
Saturday, December 14, 2024

Ticarət Terminologiyası (II hissə)

Hazırladı: Müstəqil treyder Əfşar Əsgərov

Ed Ponsi: FXEducator.com saytının təsisçisi

Entry (Giriş)

Giriş və ya giriş nöqtəsi alış və ya satış əməliyyatının açılmasıdır. Ticarət buradan başlayır.

STOP və ya Qoruyucu Stop

Əgər valyuta kursu arzu edilməyən istiqamətdə  hərəkət edərsə ticarətdən çıxmaq üçün stop orderi yerləşdirilir. Bu itkiləri minimal olaraq saxlamaq və itkilərə nəzarət etmək üçün edilir.

Target (Hədəf)

Qiymət əlverişli həddə hərəkət edərsə ticarətdən çıxmaq üçün hədəf orderi yerləşdirilir. Ona həmçinin take-profit orderi kimi də istinad edilir.

Support (Dəstək)

Dəstək nöqtəsi valyuta kursunun qrafik üzərində düşmə tendensiyasının dayanmasını göstərir. Dəstək dəqiq qiymət nöqtəsi deyildir, ancaq qiymət sahəsidir. Dəstəyi otağın döşəməsi kimi düşünə bilərsiniz ( Fiqur 1.5)
1pj
Fiqur 1.5 EUR/USD cütlüyü 1.2700 yaxınlığında dəfələrlə dəstək yaradır.
Resistance (müqavimət)

Müqavimət nöqtəsi valyuta kursunun qrafik üzərində qalxış tendensiyasının dayanmasını göstərir. Dəstəkdə olduğu kimi müqavimət də dəqiq qiymət səviyyəsi deyildir, sadəcə sahədir. Müqaviməti otağın tavanı kimi düşünə bilərsiniz (Fiqur 1.6).

2pj

Fiqur 1.6 USD/JPY cütlüyü 119.00 ətrafında dəfələrlə müqavimət zonası yaradır.

Breakout (Kəsilmə)

Kəsilmə valyuta kursunun dəstəyinin aşağısı və ya müqavimətin yuxarısı kəsildiyi
vaxt baş verir (Fiqur 1.7)

3pj
Fiqur 1.7 USD/CAD cütlüyündə kəsilmə

Trend valyuta kursunun ardıcıl olaraq bir istiqamətdə hərəkət etdiyi zaman baş verir. İstər aşağı istiqamətdə (downtrend) istərsə də yuxarı istiqamətdə (uptrend). Fiqur 1.8

4pj

Fiqur 1.8 AUD/USD cütlüyündə trend formalaşır.
RANGE (Diapozon)

Valyuta kursu bir istiqamətdə deyil support və resistance səviyyələri arasında hərəkət etdikdə range yaranır ( Fiqur 1.9 )

5pj

Fiqur 1.9 USD/JPY cütlüyündə dəstək (support) və resistance (müqavimət) arasında hərəkətlər.

Consolidation ( Konsolidasiya)

Konsolidasiya valyuta kursunun daralma zonasında baş verir. Konsolidasiya tez-tez sınmalarla istiqamətlənir (Fiqur 1.10)

 

6pj

Fiqur 1.10 GBP/USD cütlüyündə əvvəlki konsilidasiyanın sınması və ya kəsilməsi

Son xəbərlər
Digər xəbərlər