“PASHA Bank” ASC Ticarətin maliyyələşdirilməsi üzrə Mütəxəssis vakansiyasını elan edir.
İŞ BARƏDƏ MƏLUMAT:
Ticarətin Maliyyələşdirilməsi məhsulların (zəmanətləri, akkreditivlər, sənədli kolleksiyalar və idxaldan sonrası maliyyələşdirmə sorğuları və s.) xüsusiyyətlərin və şərtlərin inkişafı, anlaşmaların bağlanılması prosesində Kreditlərin Strukdurlaşdırılması şöbəsinin Analitiklərinə dəstək vermək. Müştəri menecerlərə satış dəstəyi etmək. Ticarət Maliyyələşmə üzrə anlaşmaların strukturlaşdırılması, icrası və idarə edilməsi.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
• Müştərilərə müvafiq təkliflərin verilməsi üçün məhsulların xüsusiyyətlərinin və şərtlərini daimi inkişaf edilməsi
• Müştərilərin müraciətlərinin strukdurlaşdırılmasında Analitiklərə dəstək olmaq. Müştərilərin ehtiyaclarını nəzərə alaraq, düzgün həllərin təklif verilməsi
• Məhsul və məhsulla olan əlaqəli proseslərin müəyyənləşdirilməsi və idarə olunması
• Ticarətin Maliyyələşdirilməsi həcimlərini nəzərə alaraq müvafiq qərar qəbul etmə yanaşmaların tərtib edilməsi
• Müştərilərin bank zəmanətləri, akkreditivlər, sənədli kolleksiyalar və idxaldan sonrası maliyyələşdirmə sorğularının emal edilməsi
• Gündəlik əməliyyatları üçün qərarların verilməsi və mövcud anlaşmalarin idarə olunması
• Müxbir banklarla və İxrac – Kreditliyi Agentliyi ilə danışıqlıqların aparılması
• Müştəri Menecelərə Ticarətin Maliyələşdirilməsi məhsullarının satışında dəstək olmaq
• Ticarətin Maliyyələşdirilməsi anlaşmaların risklərin idarə edilməsi
• KOS Skorinq modeli əsasında olan məsələləri ilə bağlı Müştəri Menecerlərə təlimin təqdim edilməsi
• Məhsulların inkişafı və Bazar meyllərin araşdırılması
• Ticarətin Maliyyələşdirilməsi sahəsində biliklərin daimi inkişafı
VƏZİFƏNİN DİGƏR XÜSUSİYYƏTLƏRİ:
• Maliiyyə, İqtisadiyyat və ya Bankçılıq üzrə Bakalavr ya müvafiq sahədə bakalavr dərəcəsi
• Yüksək analitik qabiliyyətlər
• Yüksək kommunikasiya bacarıqları
• Biznes bankçılığı məhsulların və biznesin maliyyə analizi (biznesin maliyyələşmələri, beynəlxalq əməliyyatlar tranzaksiyalar üzrə biliklər bə bacarıqlar) üzrə təcrübə
• Ticarətin Maliyyələşdirilməsi məhsulları üzrə təcrübə olan namizədlərə üstünlük veriləcək
• Azərbaycan dili – səlis
• İngilis və rus dili – yaxşı
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 14.05.2018-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Ticarətin maliyyələşdirilməsi üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.