8 C
Baku
Friday, March 29, 2024

Ticarət müharibəsi növbəti mərhələnin astanasında

Ötən həftə “Bloomberg” agentliyi Ağ Evdəki mənbələrinə istinad edərək ABŞ-ın, Çinin maliyyə bazarlarına qarşı təzyiqləri artıracaq yeni tədbirləri nəzərdən keçirdiyini yazdı. Media qurumunun iddiasına görə, bu tədbirlər 2 istiqamətdə məhdudiyyətlərin tətbiqi ola bilər:

– ABŞ-ın maliyyə bazarlarında listinqdən keçmiş və keçmək istəyən Çin şirkətlərinin ölkə qanunvericiliyinin şəffaflıq və hesabatlılılıq tələblərinə tam cavab verməsini təmin etmək, əks halda isə listinqdən çıxarmaq. İndiyə qədər Çin şirkətləri ABŞ iqtisadiyyatına 1,2 trilyon dollar investisiya qoyub. Bununla belə, ABŞ şirkətlərinin səhmlərinə yatırım etmiş imvestorların hüquqları zəif müdafiə olunur və onların emitentlər haqqında məlumata çıxış imkanları məhduddur.

– Milli təhlükəsizliyi nəzərə alaraq ABŞ maliyyə institutlarının (pensiya fondlarının və s. ) Çin şirkətlərinə investisiya etməsini məhdudlaşdırmaq.

Bu iddialar öz yerində, amma rəsmi Vaşinqtonun Pekinə qarşı siyasəti ABŞ-ın Çinə kapital axınının qarşısını mümkün qədər almaq istədiyi qənaəti yaradır. Xatırladaq ki, bir qədər əvvəl Çin ölkənin maliyyə bazarlarını xarici investorların üzünə tam açmaq üçün islahatlar həyata keçirməyə başlayıb. ABŞ da boş oturmur və qabaqlayıcı addımları nəzərdən keçirir. Buradan həm də belə mənzərə yaranır ki, indiyə qədər Donald Tramp administrasiyanın Çinlə ticarət üçün istifadə etdiyi rüsum siyasəti gözlənilən nəticəni verməyib. Məsələn, hazırda 1 dollar 7,12 yuana bərabərdir. Bu rəqəmin 7,8-ə qalxması qüvvədə olan tariflərin təsirini neytrallaşdıra bilər.

Sürətlə inkışaf edən Çin iqtisadiyyatının xarici maliyyə resurslarına tələbatı olduqca yüksəkdir və daxili imkanlar bunu ödəyə bilmir. Kapital cəlb etmək üçün isə dünyada ABŞ-ın müasir, dərin, şəffaf və likvid maliyyə bazarlarına alternativ yoxdur. Yəni, qlobal ambisiyası olan Çin şirkətləri mütləq bu bazardan maliyyələşməlidir. Hazırda ABŞ birjalarında listinqdən keçmiş “Alibaba” qrupunun kapitallaşması 459,9 milyard dollar təşkil edir. Bu şirkət ABŞ standartlarında belə nəhəng kapitallaşmaya malikdir. Müqayisə üçün bildirək ki, “Amazon” şirkətinin kapitallaşması 855 milyard dollar təşkil edir. İstiqraz bazarı vasitəsilə maliyyələşməni də unutmamaq lazımdır. 113,7 milyard dollar borcu olan “Evergrand” daşınmaz əmlak şirkəti bu il borcunun 53 milyard dollarını qaytarmalı və yaxud yenidən maliyyələşdirməlidir.

ABŞ-da listinqdən keçmiş ən böyük Çin şirkətləri

fb7d4b38 0820 44db b3c3 5efc486523dd
ABŞ-da listinqdən keçmiş ən böyük Çin şirkətləri

“Bloomberg” agentliyinin iddialarını investorlar olduqca mənfi qarşılayıb. Çin şirkətlərindən təşkil olunmuş MCHI fond birjası indeksi 2,18% azalma nümayiş etdirib, “Alibaba” isə bazar dəyərini 5,2% itirib. ABŞ-ın fond birjası indeksləri də azalıb. 

e6762ced fa00 4f63 934e 7902d8dac231
Mənbə: Tradingview

MCHİ Çin ETFi 

22a2c231 0dcf 4cbd 91d0 88afa68fc5f9Bundan bir qədər sonra isə ABŞ hökuməti xəbəri qismən təkzib edib və bildirib ki, hələlik Çin şirkətlərinin delistinqi nəzərdə tutulmur. Elə diqqəti cəlb edən də bu məsələnin hələlik gündəmdə olmamasıdır, yəni nə vaxtsa gündəmə gələ bilər.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ və Çin rəsmiləri oktyabrda yenidən danışıqlara başlayacaqlarını bəyan ediblər. ABŞ Prezidenti D.Tramp isə qısa müddətdə ortaq məxrəcə gələ biləcəklərini deyib. Nikbin bəyanatlara baxmayaraq radikal planların müzakirə edilməsi iki ölkə arasında ticarət münaqişəsinin yeni mərhələyə keçməsi ehtimalını artırır.

Çinin maliyyə imkanlarını məhdudlaşdırmaq onun sürətli inkişafına ən ağır zərbə ola bilər. Amma bu, həm də dünyada qütbləşməni artıra, qlobal iqtisadi inkişafı ləngidə bilər. Tarif qarşıdurmasında Çinin cavab imkanları çox olsa da, bu mövzuda alternativlər çox deyil. 

Report

Son xəbərlər
Digər xəbərlər