Tiflisdə “Liberty Bank”ın filialından pul oğurlanıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Hazırda hadisə yerində ekspert-kriminalistlər işləyir. Bankdan oğurlanan pulun məbləği açıqlanmır.
İnsident bu gün səhər baş verib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.