7 C
Baku
Thursday, December 12, 2024

Tikinti altına düşən bu torpaq sahiblərinə kompensasiya ödəniləcək

“Azərsu” ASC daxili vəsaiti hesabına Daşkəsən, Samux və Gədəbəy şəhərlərində su təchizatı və tullantı su sistemlərinin yenidən qurulması işlərini aparacaq.

Banker.az-ın məlumatına görə qurum layihə çərçivəsində tikinti altına düşən torpaq sahələrinin mülkiyyətçilərinə kompensasiya ödənilməsi məqsədilə həmin torpaq səhələrinin və üzərindəki əmlakların qiymətləndirilməsi xidmətlərinin satınalınması məqsədilə kotirovka sorğusu elan edir.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana – Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentinin satınalmaların təşkili şöbəsinə (əlaqələndirici şəxs- Ağaəli Mirzəyevə, 431 47 67/2246 müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş təkliflərini 7 fevral 2019-cu il saat 16.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər.

Təkliflər 8 fevral 2019-cu il saat 15.00-da eyni ünvanda açılacaq.

Son xəbərlər
Digər xəbərlər