4 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

Tikinti materialları istehsal edən şirkət fond bazarında 2 mln. cəlb edir – Açılış zəngi

2 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında “Ekspress-C” ASC-nin mütəşəkkil kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilmişdir.

Banker.az BFB-yə istinadla xəbər verir ki, 2 milyon manat həcmində olan yerləşdirmənin anderraytinq xidmətini BFB-nin üzvü olan AzFinance İnvestisiya Şirkəti QSC həyata keçirilib.

Açılış mərasimində emitent tərəfindən “Ekspress-C” ASC-nin təsisçisi İsmayılov Camaləddin, birja üzvü tərəfindən “AzFinance İnvestisiya Şirkəti” QSC-nin direktoru İntiqam Səfərəliyev, BFB-nin sədri v.m.i.e Eldar Abdullayev iştirak etmişdir. BFB-nin sədri v.m.i.e Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək “Ekspress-C” ASC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi.

Qeyd edək ki, “Ekspress-C” ASC-nin əsas fəaliyyət sahəsi metal məmulatlarının əridilməsi və onlardan tikinti materiallarının istehsalı tutur.

Son xəbərlər
Oxşar xəbərlər