Azərbaycanda tikinti materiallarına investisiya edən “AAC” MMC-nin nizamnamə kapitalı kəskin artırılaraq 40 milyon manata çatdırılıb.
Banker.az xəbər verir ki, AAC-nin nizamnamə kapitalı 2026-cı ilin ikinci ayında 30 milyon manat və ya 4 dəfə artırılmış olub.
Xatırladaq ki, AAC MMC 2008-ci ildə təsis edilib və “Azmade Group” MMC-yə daxildir. Şirkət Azərbaycanda məsaməli beton blokları və əhəng istehsalına investisiya qoyan şirkətdir.
Zavod, Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir və beynəlxalq standartlara uyğun istehsal edir. Günlük istehsal gücü 600 m³ qazobeton və 100 ton əhəngdir. Məhsullar “Gobustone” brendi altında bazara çıxarılır.






