23 C
Baku
Saturday, April 20, 2024

Tikinti materiallarının istehsal dəyəri 79% artıb

Tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 699.9 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 79% artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Betondan yığma tikinti konstruksiyaların istehsalı 2.2 dəfə, emal edilmiş mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 58%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 37%, hörmə üçün hazır beton qarışığının istehsalı 35.7%, tikinti kərpicinin istehsalı 30.8%, tikinti gipsinin istehsalı 30.6%, tikinti əhənginin istehsalı 3.3% artıb, asfaltın istehsalı isə 0.2% azalıb.

Aşağıdakı cədvəldə əvvəlki ilin müvafiq dövrünə nisbətlə (faizlə) tikinti materiallarının istehsalının dinamikası göstərilib:

Capture

Son xəbərlər
Digər xəbərlər