18 C
Baku
Tuesday, April 23, 2024

Tikinti obyektləriylə əlaqədar su təchizatı və kanalizasiya sisteminə dair şərtlər müəyyənləşir, 30 metr amili olacaq

Tikinti obyektləriylə əlaqədar su təchizatı sisteminin genişləndirilməsinə dair şərtlər müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Su təchizatı və tullantı suları haqqında” qanun layihəsində əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, su təchizatı sistemi olmayan ərazilərdə yerləşən obyektlərin sahibləri və ya yerli orqanlar (bələdiyyələr) mövcud su təchizatı sisteminin genişləndirilməsi barədə su təchizatı müəssisəsinə yazılı müraciət edə bilərlər. Su təchizatı sisteminin genişləndirilməsi və obyektlərin qoşulması işləri bu barədə müraciət etmiş orqan və ya obyekt sahibi hesabına aparılır. Mövcud su təchizatı sisteminin genişləndirilməsinin (magistral su kəmərləri də daxil olmaqla) dəyəri istehlakçılardan alınacaq ödənişlərin miqdarından artıq olduqda su təchizatı müəssisələri müraciət edənlərdən su təchizatı sisteminin genişləndirilməsinə tələb olunan xərclərin bir hissəsini qabaqcadan ödəməyi tələb edə bilərlər. Bu halda belə ödəniş adi qoşulmağa tələb olunan ödənişə əlavə kimi götürülür.

Layihəyə əsasən, tikinti obyektlərinin sahibləri və ya yerli orqanlar (bələdiyyələr) mövcud su təchizatı sisteminin genişləndirilməsi barədə su təchizatı müəssisəsinə yazılı müraciət edə bilərlər. Sifarişçinin tikinti obyektini su təchizatı sisteminə qoşmaq məqsədi ilə su təchizatı sisteminin genişləndirilməsi ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq qanunla qadağan edilməyən mənbələr (sifarişçinin vəsaiti istisna olmaqla) hesabına maliyyələşdiriləcək.

Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektinin su təchizatı sisteminə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrədək olduqda su təchizatı sisteminin genişləndirilməsinə zərurət olub-olmamasından asılı olmayaraq 30 gün müddətində həyata keçiriləcək.

Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektinin su təchizatı sisteminə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrədək olduqda və su təchizatı sisteminin genişləndirilməsinə zərurət olmadıqda 30 gün müddətində həyata keçiriləcək.

Yuxarıda qeyd olunan hallar istisna olmaqla, mövcud və ya inşa ediləcək tikinti obyektinin su təchizatı sisteminə qoşulması müddəti genişləndirmə işlərinin həcmi nəzərə alınmaqla, tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması qaydası ilə müəyyən olunacaq.

Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması qaydası da müəyyənləşir. Layihəyə əsasən, tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması və ya əlavə tələbatla bağlı qoşulma nöqtəsinin dəyişdirilməsi qoşulma müqaviləsi əsasında həyata keçiriləcək və sifarişçiyə qoşulma müqaviləsinin tərkib hissəsi olan texniki şərt veriləcək.

Layihədə tikinti obyektlərinin kanalizasiya sistemlərinə qoşulması qaydasında dəyişiklik təklif olunur.

Məişət abonentlərinin və sutka ərzində tələb olunan 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektinin tullantı suları şəbəkəsinə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrədək olduqda kanalizasiya sisteminin genişləndirilməsinə zərurət olub-olmamasından asılı olmayaraq 30 gün müddətində həyata keçiriləcək.

Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin tullantı suları şəbəkəsinə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrədək olduqda və kanalizasiya sisteminin genişləndirilməsinə zərurət olmadıqda 30 gün müddətində həyata keçiriləcək.

Son iki hal istisna olmaqla, mövcud və ya inşa ediləcək tikinti obyektinin kanalizasiya sisteminə qoşulması müddəti genişləndirmə işlərinin həcmi nəzərə alınmaqla, tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması qaydası ilə müəyyən olunacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər