Tikinti sahəsində çalışan işçilərin əməkhaqqı açıqlanıb.
Banker.az bu barədə rəsmi statistik göstəricilərə istinadən xəbər verir.
Belə ki, tikinti sahəsində çalışan işçilərin əməkhaqqı bu ilin yanvar-aprel ayında 1 029.6 olub ki, bunun da 917.6 manatı dövlətin payına düşüb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10.8 faiz artaraq 913.9 manat təşkil edib.