25 C
Baku
Friday, June 14, 2024

Tikinti şirkəti “Conco” QSC 2 milyon manata yaxın zərər edib

“Conco” QSC 2022-ci ili 1 milyon 935 min manat zərərlə başa vurub. 2021-ci ildə QSC-nin zərəri 2 milyon 616 min manat olub ki, bu da illik müqayisədə zərərin 26% azalmasıdır.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Conco” QSC-nin əsas əməliyyat gəlirləri 21 milyon 85 min manat (əvvəlki ilə nisbətən 16.4% çox) olub.

Hesabat dövründə şirkətin aktivləri 10 milyon 346 min manat, cəmi öhdəlikləri 10 milyon 344 min manat, cəmi kapitalı isə 2 min manat təşkil edib.

“CONCO” QSC təmir və tikinti sahəsində Bütün növ binaların tikintisi (kommersiya və yaşayış binaları), neft, qaz və sənaye müəssisələrin tikintisi, infastruktur və tikinti işləri -Artizan quyularının qazılması, isitmə, soyutma və havalandırma sistemlərinin quraşdırılması üzrə xidmətləri əhatə edir.

cc

Son xəbərlər
 ⁠
Digər xəbərlər